Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qaliblərindən biri olmuş BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Pakizə Paşayevanın “Daxili dünyam» adlı layihəsinin yekununa həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, BANM-in rəhbərliyi və layihədə iştirak edən tələbə-gənclər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov iştirakçıları və qonaqları salamlayaraq Pakizə Paşayevanı təbrik etdi və bu cür layihələrin sayəsində gənclərin özünü ifadə və təsdiq etmək üçün gözəl imkanlar yarandığını dedi. Rektor Elmar Qasımov bildirdi ki, BANM-in tələbələri bu layihələrin həyata keçirilməsi üçün öz təşəbbüslərini irəli sürürlər, müstəqil şəkildə icra edirlər və Gənclər Fondu onların ideyalarını, təkliflərini gerçəkləşdirmək üçün şərait yaradır. “Bu gün ölkəmizin gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin əsas qüvvəsinə çevrilib” – deyə Elmar Qasımov vurğuladı.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sədri Fərhad Hacıyev bildirdi ki, Fond daim yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan yaradır. O, vurğuladı ki, BANM-in tələbələri Gənclər Fondunun layihələrində aktiv iştirak edib qalib gəlirlər. “Bu bir daha sübut edir ki, rektor Elmar Qasımovun başçılıq etdiyi ali təhsil ocağı yüksək səviyyəli mütəxəssislər yetişdirir” – deyə F.Hacıyev qeyd etdi.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə layihə haqqında söz açaraq gənclərin öz bilik və bacarıqlarını, potensialını effektli reallaşdırmasından, cəmiyyətdə layiqli yer tutmasından danişdı.
Pakizə Paşayeva müəllifi olduğu layihə haqqında məlumat verərək keçirilən təlimlərdən danışdı. O bildirdi ki, layihə çərçivəsində film çəkilib və layihə iştirakçılarının daxili aləmi, fikir və düşüncələrini özündə əks etdirən kitab dərc olunub.
Sonda “Daxili dünyam” layihəsinin iştrakçıları sertifikatla mükafatlandırıldılar.

BANM-nin Mətbuat Xidməti