Fevralın 28-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə əlaqədar mətbuat konfransı keçirib.
M.Abbaszadə Sərəncamın əsas məqsədinin əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq bütün şəxslərin təhsillərini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq olduğunu deyib. Vurğulanıb ki, təxminən 70 minədək abituriyentin imtahanda iştirakı üçün nəzərdə tutulmuş məbləğin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi gözlənilir. Müvafiq sənəddən ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları faydalanacaqlar. Belə bir sənədin qəbulu gənclərin imtahanlarda iştirakına müsbət təsir göstərəcək, ali təhsilə maraqlarının artmasına təkan verəcək. Cari ildə qəbul imtahanlarında iştirak üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent özü ödəyəcək. O deyib: “Builki qəbul qaydalarına əsasən, biz abituriyentlərə qəbul imtahanında iştirak üçün bir dəfə yox, I-IV qruplarda iki dəfə imtahan vermək imkanı yaratmışıq. Gələcəkdə ildə 2-3 dəfə qəbul imtahanlarının keçirilməsi də mümkündür”.
Magistratura və rezidenturanın birinci mərhələsi üçün imtahanların aprel ayına nəzərdə tutulduğunu qeyd edən M.Abbaszadə vurğulayıb: “Digər imtahanların vaxtının elan olunması üçün Tarif Şurasının qərarını gözləyirik. Doqquzuncu sinif üzrə buraxılış imtahanlarının birinci mərhələsi bu il martın 5, 12 və 18-də keçiriləcək. Sınaq imtahanlarının isə martın 26-da keçirilməsini nəzərdə tutmuşuq. Bütün bunların təşkili üçün Tarif Şurasının qərarını gözləyirik. Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq. Bu həftə ərzində Tarif Şurası qərarını elan edəcək. Artıq lazım olan sənədlər bu quruma təqdim olunub”.
M.Abbaszadə, həmçinin ali təhsilin bakalavriat pilləsinə tələbə qəbulunun yeni qaydaları, DİM-in elektron xidmətlərindən istifadə zamanı hər bir imtahan iştirakçısının yaratmalı olduğu “Şəxsi kabinet”, ondan istifadə qaydası, ödəniş üsulları və digər məsələlərlə bağlı məlumat verib.
Tehsil-press.az