Türkiyənin cənub-şərqində antiterror əməliyyatı keçirilib

Türkiyənin cənub-şərqində antiterror əməliyyatı keçirilib Türkiyənin Diyarbəkir vilayətinin cənub-şərqində Licə, Kull, Hani rayonlarında təhlükəsizlik qüvvələrinin keçirdiyi irimiqyaslı antiterror əməliyyatı uğurla başa çatıb.

Təhsil-press.az-ın xəbər verir ki, əməliyyatda 7 mindən artıq hərbçi və hüquq-mühafizə orqanları əməkdaşları iştirak edib.
Əməliyyat çərçivəsində 27 PKK terrorçu məhv edilib, bir canlı götürülüb. Minalanma məqsədilə terrorçular tərəfindən oğurlanmış 9 nəqliyyat vasitəsi aşkar edilib, külli miqdarda hərbi sürsat müsadirə olunub. Bundan başqa, 9,5 ton həşişin daşınmasının qarşısı alınıb.

Təhsil-press.az

Oxşar xəbərlər