50 PKK terrorçusu məhv edildi

50 PKK terrorçusu məhv edildi Türkiyədə terrorla mübarizə çərçivəsində 1 həftə ərzində hava əməliyyatı zamanı 50 terrorçu öldürülüb.

Tehsil-press.az-n məlumatına görə, son bir həftə ərzində (17-24 oktyabr) ölkə daxilində aparılan əməliyyatlar zamanı 41-i ölü, 2-si yaralı, 1-i sağ, 1-i təslim olmaqla 45 terrorçu zərərsizləşdirilib.
Bundan başqa, Hərbi Hava Qüvvələrinin əməliyyatları, o cümlədən pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində 50 PKK terrorçusu məhv edilib.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu əməliyyaltar zamanı terrorçulara məxsus 12 əldəqayırma partlayıcı qurğu, 15 sığınacaq, 7 bombalı maşın, 1 "canlı bomba" və digər vasitələr aşkar edilib, 2 silahlı hücumun qarşısı alınıb. Terror təşkilatına yardım edən və ya əlaqəsi olan 217 nəfər həbs olunub.

Tehsil-press.az

Oxşar xəbərlər