Qanunsuz silah saxlayanlara qarşı əməliyyatlar davam edir

Qanunsuz silah saxlayanlara qarşı əməliyyatlar davam edir Polis qanunsuz silah saxlayanlara qarşı əməliyyatları davam etdirir.

Daxili İşlər Nazirliyindən Təhsil-press.az-a verilən məlumata görə, martın 20-də Şəki ŞRPŞ əməkdaşları tərəfindən Cumakənd kənd sakini Əkrəm Loğmanovdan müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.
Martın 21-də Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Keşlə dəmir yolu stansiyası ərazisində Abşeron rayon sakini Orxan Əliyevdən nömrəsi silinmiş "Makarov" markalı tapança və həmin tapançaya aid 3 ədəd patron götürülüb.
Bundan başqa, ötən gün Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə martın 21-də Qaçaqkənd kənd sakini Elçin Məmmədovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-12" markalı tüfəng və 43 ədəd patron aşkar edilərək götürülüb.

Təhsil-press.az

Oxşar xəbərlər