Həyatımızın elə bir sahəsi yoxdur ki, orada dahi AZƏRBAYCANLI müasir Azərbaycanın memarı və qurucusu olan ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri qurub yaratdıqlarının möhtəşəm izləri olmasın. Bugünkü səhiyyə sahəsi də məhz Ulu Öndərin müdrik siyasətinin, yüksək diqqət və qayğısının real nəticəsi olaraq dinamik inkişaf mərhələlərini yaşayır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf və islahatlar siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Bu siyasətin nəticəsidir ki, son illər səhiyyə infrastrukturu inkişafın yeni mərhələsini yaşayır. Mövcud xəstəxanaların müasir standartlar səviyyəsində qurulması, yeni tibb müəssisələrinin istifadəyə verilməsi, ən müasir cihaz və avadanlıqla, peşəkar kadrlarla təmin edilməsi nəticəsində bu gün cəsarətlə demək olar ki, səhiyyəmiz özünün intibah mərhələsini yaşayır.
Ölkə başçısı insanların sağlamlığının qorunmasını ən vacib məsələ kimi qarşıya qoyaraq bu sahəyə daha çox diqqət və qayğı göstərir. Onun tapşırıqlarına əsasən həm paytaxtımız Bakıda, həm də bölgələrimizdə ən müasir tələblərə cavab verən xəstəxanalar tikilir, ən müasir avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilir. Təmirə ehtiyacı olan tibb ocaqları isə əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə demişdir: “Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”.
Qeyd etmək lazımdır ki, son illər tibb ocaqlarının dünyada mövcud olan ən müasir aparatlarla təchiz edilməsinin nəticəsidir ki, əvvəllər müalicəsi mümkün olmayan, ən çətin cərrahi əməliyyatlar artıq ölkəmizdə, yüksək ixtisaslı, peşəkar həkimlər tərəfindən uğurla həyata keçirilir, insanlarımız öz sağlamlığına qovuşur.
Tam əminliklə demək olar ki, son illər Azərbaycanda ən inkişaf etmiş sahələrdən biri ölkənin səhiyyə sektorudur. Respublikamızdakı davamlı sosial-iqtisadi inkişaf, rəqabətədavamlı iqtisadiyyatın formalaşması bu sahədə qazanılan möhtəşəm uğurların qazanılmasına imkan vermişdir. Müasir dünya standartları səviyyəsində tikilib istifadəyə verilən istər dövlət, istərsə də özəl tibb müəssisələrinin öz daxili tərtibatı ilə də, özünəməxsusluğu ilə də seçilir. Hazırda ölkəmizdə səhiyyə sahəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub ki, burada Birinci vitse-prezident Mehriban xanımın əməyi çox böyükdür. Bu sahəyə olan xüsusi diqqət və qayğının nəticəsidir ki, 600-dən çox xəstəxana, tibb obyekti əsaslı təmir olunub, yenidən tikilib. Xidmətin səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılıb. Bunu Beynəlxalq qurumlar da xüsusilə qeyd edirlər. Dünya Səhiyyə Təşkilatı bu sahədə ölkəmizdə görülən işlərə yüksək qiymət vermişdir. Azərbaycanda insanların ömrünün uzunluğunun artması, uşaq və ana ölümünün azalması bu sahədə qazanılan uğurların əsas göstəricisidir.
Bu gün təqdirəlayiq haldır ki, yenidən tikilən və ya əsaslı təmir olunmuş səhiyyə ocaqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəxsən iştirak edir, səhiyyə müəssisələrinin kollektivi ilə görüşür, öz tapşırıq və tövsiyələrini verirlər. Bu günlərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində yeni “Ürək Mərkəzi”nin açılışında da iştirak etmiş, müəssisənin kollektivini təbrik etmişlər. Azərbaycan Prezidenti İlham Əliyev tibb ocağının işçiləri ilə görüşündə qeyd etmişdir: “Səhiyyə sahəsinin inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir. Çünki bu sahəyə ayrılan vəsait dövlətin siyasətini, niyyətini ifadə edir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və insanların sağlamlığı sosial sahədə prioritet məsələlərdən biridir. Bilirsiniz ki, artıq neçə ildir kütləvi müayinədən keçmə kampaniyası aparılır. Keçən il bütün bölgələrdə 5 milyon insan pulsuz müayinə olunub. Bu il də 5 milyon insan pulsuz müayinədən keçəcək”.
Bu inkişaf mərhələsi xalqımıza yüksək keyfiyyətli və beynəlxalq standartlara cavab verən səhiyyə xidmətlərinin təşkilinə, Azərbaycan vətəndaşlarına xarici ölkələrdə deyil, məhz öz vətənlərində indiyədək həyata keçirilməmiş hər növ tibbi xidmətlər göstərilməsinə nail olmaqdır. Və həmçinin müalicə məqsədilə xaricə aparılan valyuta axınının qarşısını almaqla, onun xalqın mənafeyi naminə istifadəsini təmin etməkdir. Belə səhiyyə ocaqlarından biri də Bakı şəhəri, İnqilaq küçəsində yerləşən, 12 mərtəbədən ibarət olan “Grand Hospital”dı. “Grand
Hospital” 2014-cü il aprel ayının 1-də fəaliyyətə başlamışdır. 12 mərtəbədən ibarət korpusa malik Respublikanın ən böyük özəl tibb mərkəzi olaraq, sağlam işçi heyəti, ən müasir avadanlıqları ilə tibbin bir çox sahələrində fəaliyyət göstərməkdədir.
Dünya standartlarına uyğun xidmət özündə yaşadan “Grand Hospital” peşəkar həkimlərin, bilik və təcrübələrinə arxayınlaşan tibbi heyətin, düzgün keyfiyyət strategiyasının, ən müasir tibbi texnologiyasının və səhiyyədə inamın ünvanıdır.
Müasir tibbi texnologiyalar əsasında fəaliyyət göstərən tibbi müəssisə əhaliyə aşağıdakı xidmətləri göstərir: - Həmin xidmətləri oxucularımıza təqdim edirik:
Stasionar tibbi xidmətlər: Terapevtik, Nevropatoloji, Ümumi cərrahi, Neyrocərrahi, Ürək-damar cərrahi, Plastik cərrahi, Uşaq cərrahi, Uroloji, Travmatoloji-ortopedik, Anestezioloji-Reanimatoloji, Üz-çənə cərrahi, Pediatrik, Oftalmoloji, Otorinolarinqoloji.
Ambulator tibbi xidmətlər: Terapevtik, Pulmonoloji, Dietoloji, Kardiloji, Qastroenteroloji, Nefroloji, Endokrinoloji, Revmatoloji, Hematooji, Allerqoloji, İmmunoloji, Nevropatoloji, Psixiatrik, Dermatoloji, Kosmetoloji, Fizioterapevtik, Ümumi cərrahi, Neyrocərrahi.
Səyyar tibbi xidmətlər: Terapevtik, Kardioloji, Anestezioloji-Reanimatoloji, Pediatrik.
Ambulator tibbi xidmətlər: Ürək-damar cərrahi, Plastik cərrahi, Uşaq cərrahi, Uroloji, Travmatoloji-ortopedik, Ginekoloji (ekstrakorpora mayalandırma istisna olmaqla), Terapevtik stomatoloji, Ortopedik stomatoloji, Üz-çənə cərrahi, Pediatrik, Rentgenoloji, Nüvə-Magnit Rezonansı, Kompüter tomoqrafiyası, Ultrasəs Müayinəsi, Oftalmoloji, Otorinolarinqoloji, Laboratoriya, 1) Klinik; 2) Klinik biokimyəvi; 3) İmmunoloji.
Klinikada səhiyyə ixtisasına uyğunluq amilinə xüsusi nəzarət və diqqət yetirilir. Odur ki, xəstəxanda fəaliyyət göstərən kadrlar, xüsusən də həkim və orta tibb işçilərinin hər biri tibbi sahədə ali və ya orta ixtisas mütəxəssisləridir. Yəni, işə qəbulla bağlı müraciət edən mütəxəssis kadrların bu sahədəki ixtisas sənədləri və
bacarıqları əvvəlcədən yoxlanılır, onların hansı tibbi xidmətləri icra edə biləcəkləri, yaxud hansıları icra edə bilməyəcəkləri müəyyən olunur.
“Grand Hospital” vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərini xaricdə yox, öz ölkələrində almalarını təmin etmək məqsədilə bir sıra əməli tədbirlər həyata keçirdi. Odur ki, bu gün tibbi xidmətlər xaricdə və ölkəmizdə olan istər dövlət, istərsə də özəl tibb müəssisələri ilə müqayisədə daha keyfiyyətli həyata keçirilir, ödəniş qiymətləri isə daha aşağı tarifdə tətbiq olunur. Onu da qeyd edək ki, bu gün müəssisədə Novruz Bayramı ilə əlaqədar əhali üçün görünməmiş güzəştlər nəzərdə tutulmuşdur. Həmin güzəştlər barədə oxucularımıza məlumat verməyi özümüzə borc bildik.
Kardioloji Check-up paketin (daxildir kardioloqun müayinəsi, EKQ, Exokardioqrafiya) müayinəsi 85 manatdan 28 manata, Ginekoloji-Endokrinooji Check-up paketin (daxildir ginekoloqun müayinəsi, Ginekoloji USM (transvaginal), TSH, Prolaktin) müayinəsi 93 manatdan 42 manata, Tirorid Check-up paketin (daxildir Endokrinooqun müayinəsi, Baş-boyun cərrahının müayinəsi, Tiroid USM, (Qanın ümumi analizi, RSH, Sərbəst T4) müayinəsi 144 manatdan 48 manata, Ginekoloji Check-up paketin (daxildir Ginekoloqun müayinəsi, Ginekoloji USM (transvaginal), Ümumi yaxma (Uşaqlıq you yaxmasında infeksiyaların təyini), Kolposkopiya (Uşaqlıq boyunu, uşaqlıq yolu patologiyalarının təyini, Xarici cinsiyyət üzvünün patologiyalarının təyini) müayinəsi 116 manatdan 48 manata endirimişdir. Həmçinin bu siyahıya Hepatoloji Check-up paketi 127-48 manat, Nevroloji Check-up paketi 99-38, Androloji Check-up paketi 98-38 manat, Koloproktooji Check-up paketi 133-45 manat, Uroloji Check-up paketi 128-49 manat, Pediatrik Check-up paketi 116-38 manat, Qadın uroloji 108,50-38 manat, Uşaq uroloji Check-up paketi 108,50-38 manat nəzərdə tutulmuşdur.
Eyni zamanda, məlumdur ki, hazırda respublikamızda icbari tibbi sığorta sisteminə keçid səhiyyə sahəsində ən aktual mövzulardan biridir. Bununla əlaqədar qeyd etmək istərdi ki, klinikada xəstələr sığorta sistemi ilə qəbul edilir və bu günədək yüzlərlə sığortalı xəstələrə xidmət göstərilib və bu rəqəm getdikcə daha da artır. Bu sahədə xəstəxanada xüsusi şöbə - sığortalı xəstələrə xidmət şöbəsi fəaliyyət göstərir ki, hazırda respublikamızın tibbi sığorta sisteminin əsasını təşkil bir çox sığorta şirkəti və təşkilatı ilə sıx əməkdaşlıq həyata keçirilir. Artıq sığorta ilə işləyən və geniş iş təcrübəsinə malik peşəkar mütəxəssislərdən ibarət heyət formalaşıb ki, bu da gələcəkdə səhiyyə sistemində geniş formada tətbiq edilməsi nəzərdə tutulan icbari sığorta sisteminin tələblərinə “Grand Hospital”ın tam hazır olduğunu göstərir.
Onu da qeyd edək ki, klinikada xidmət mədəniyyəti elə təşkil olunub ki, günün hansı saatında müraciət edilməsindən asılı olmayaraq, bütün sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər tərəfindən müayinə və müalicə təmin olunur. Yəni, gecə saatlarında belə rahatlıqla hər bir mürəkkəb əməliyyatı təcili formada uğurla həyata keçirmək və ya istənilən diaqnostik müayinədən keçmək mümkündür. Bunun üçün peşəkar tibbi heyət 24 saatlıq növbəli qrafik əsasında fəaliyyət göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, “Grand Hospital” böyük potensial imkanlara və üstünlüklərə malik bir şəfa ocağıdır. Ötən qısa dövr ərzində burada çox böyük işlər görülüb və qarşıda görüləcək işlər görülən işlərdən çoxdur.
Bir məsələni də qeyd edək ki, xəstələrin razı qalmalarına nail olunması əsas məqsəd olduğundan tibbi xidmətin keyfiyyətinə xüsusi diqqət yetirməklə yanaşı, klinikada onların xidmətə münasibətlərini də öyrənmək də vacib hesab edilir və bu məqsədlə klinikada pasiyentlərin öz arzu, təklif və şikayətlərini aşkar və məxfi şəkildə bildirmələri üçün xüsusi şərait yaradılıb. Hər ay rəhbərliyə edilən belə müraciətlərin və şikayətlərin təhlili aparılır, qaldırılan məsələlərlə bağlı lazımi tədbirlər görülür və bu barədə onlar rəsmi qaydada məlumatlandırılır.
“Grand Hospital”ının kollektivi də bu gün dövlətimizin səhiyyə sahəsinə olan diqqət və qayğının nəticəsi olaraq xəstəxanada yaradılmış iş şəraitindən istifadə edərək həkimlərin xəstəxanaya müraciət edən hər bir vətəndaşa xüsusi qayğı ilə yanaşır, keyfiyyətli tibbi xidmət göstərir. Bunun üçün qeyd edildiyi kimi, hər cür müasir texniki avadanlıqlar xəstəxanada vardır. Əhalinin tam şəkildə müayinəsini aparmaq üçün xəstəxana rəqəmsal Maqnit rezonans və kompüter tomoqraf və rentgen aparatı, ultrasəs aparatı, süni tənəffüs aparatı və digər avadanlıqlarla təmin olunmuşdur.
Bütün bu deyilənləri nəzərə alan “Grand Hospital”ın kollektivi səhiyyə sahəsində ölkədə yaradılmış inkişaf mühitindən yararlanaraq bundan sonra da əhaliyə tibbi xidmətin keyfiyyətini daha da yüksəldəcək, ölkə səhiyyəsinin tərəqqisinə öz töhfəsini verəcəkdir...

Əkbər Hüseynzadə