Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılır

Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılır Statistik məlumata əsasən, 2012-ci il mayın 29-dan indiyə qədər Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasına 2990 xəstə qəbul olunub. Onların 1656–sı uşaqlar, 1334-ü isə analardır.
Tehsil-press.az xəbər verir ki, bu barədə noyabrın 6-da Mərdəkan qəsəbəsindəki Tibbi Reabilitasiya Xəstəxanasında keçirilən tədbirdə məlumat verilib.
Tədbirdə çıxış edən xəstəxananın baş həkimi Cəvahir Mütəllimova bildirib ki, müalicə alan 1900 nəfərdən 1375-i nevroloji, 229-u terapevtik, 154-ü hərəkət-dayaq sistemindən əziyyət çəkən, 83-ü kardioloji, 40-ı endikrinoloji xəstələr olub. Nevroloji statuslu uşaqlardan 996-sı uşaq serebral iflici xəstəliyi ilə daxil olub.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmirdən sonra 2011-ci ildə istifadəyə verilmiş Tibbi Reabilitasiya Xəstəxanası geniş profilli, nevroloji, kardioloji, endokrinoloji, hərəkət-dayaq profilli xəstələrin bərpası və müalicəsini həyata keçirən müalicə-profilaktika müəssisəsidir. Uşaqlar xəstəxanaya anaları ilə birgə yerləşdirilir və hər ikisinə yüksək səviyyədə xidmət göstərilir. Burada laboratoriya, EKQ, EXO, USM kabinetləri, MBT və kineziterapiya zalı, manipulyasiya otağı, oyun zalı, psixoloq və həkim otaqları mövcuddur. Yay aylarında isə burada hovuz fəaliyyət göstərir.
Baş həkim vurğulayıb ki, xəstəxanada hər bir xəstə üçün individual müalicə-reabilitasiya proqramı yazılır və hər uşağa fərdi yanaşılır. Valideynlərlə ayrı-ayrılıqda söhbət aparılır və ev şəraitində xəstə uşağa qulluq və psixoloji təsir göstərməklə bağlı tövsiyələr verilir. Xəstəxanaya daxil olan xəstələrin 80 faizi nevroloji statusludur. Burada uşaq serebral iflici, miopatiya, yastıpəncəlik, əyripəncəlik, skalioz, raxit, revmatoid artrit və s. diaqnozlarla qəbul olunan xəstələr müalicə alırlar.

Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılırSəhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılırSəhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılırSəhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasında hər bir uşağa fərdi yanaşılır

Tehsil-press.az

Oxşar xəbərlər