Səhiyyə Nazirliyi: Nikaha daxil olmaq istəyən 219256 nəfər tibbi müayinədən keçirilib

Səhiyyə Nazirliyi: Nikaha daxil olmaq istəyən 219256 nəfər tibbi müayinədən keçirilib Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu il noyabr ayının sonuna qədər müayinədən 219256 nəfər keçib.
2015-ci il iyunun 1-dən bu il noyabrın 30-dək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlanıb. Ümumilikdə isə müayinədən keçənlərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Müayinələr nəticəsində 9892 nəfərdə talassemiya daşıyıcılığı, 828 nəfərdə sifilis, 147 nəfərdə isə QİÇS aşkarlanıb.
Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinə və məsləhətlərin verilməsi pulsuzdur.

Tehsil-press.az

Oxşar xəbərlər