Dövlət İqtisad Universitetinin idarəetməsi dəyişib

Dövlət İqtisad Universitetinin idarəetməsi dəyişib UNEC-in idarəetməetmə sistemini təkmilləşdirmək məqsədilə universitetdə Ümumi katiblik yaradılıb.
Müasir tələblərə cavab verən idarəetmə sistemi beynəlxalq təcrübə əsasında fəaliyyət göstərəcək.
Sistemin tətbiqi ilə bağlı fakültə katiblərinə təlimlər keçilib. Pilot layihə kimi UNEC-in 3 meqafakültəsində yaradılan sistem gələcəkdə universitetin bütün fakültələrində tətbiq ediləcək.
Yeni sistemə əsasən, inzibati idarəetmə akademik idarəetmədən, cari işlər isə strateji işlərdən ayrılacaq. Rektorun və dekanların cari və inzibati işlərinin görülməsi səlahiyyətlərinin böyük bir hissəsi katibliyə ötürüləcək. Universitet katibliyinə tabe olan qurum cari və inzibati idarəetmə strukturu olaraq, bu işləri həyata keçirən qurumların işini koordinasiya edəcək. Yeni sistemin tətbiqi universitetin kadr resurslarının əməyindən daha səmərəli yararlanmağa səbəb olacaq.
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər