UNEC-in yaşıllıq zolağı salınıb

UNEC-in yaşıllıq zolağı salınıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi ağacəkmə aksiyası keçirib.
Universitetin professor-müəllim heyəti Badamdar qəsəbəsi ərazisində yerləşən 2 hektar sahədə salınan yaşılıq zolağında 1500-dən artıq həmişəyaşıl tinglər əkiblər. UNEC kollektivi ərazinin qorunması və genişləndirilməsini həyata keçirmək niyyətindədir.
Məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi layihələrə, təşəbbüslərə UNEC-in dəstəyini göstərməkdir.
UNEC əməkdaşları və tələbləri gələcəkdə də genişmiqyaslı ağacəkmə kompaniyasında aktiv iştirak edəcəklər.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti


UNEC-in yaşıllıq zolağı salınıbUNEC-in yaşıllıq zolağı salınıbUNEC-in yaşıllıq zolağı salınıbUNEC-in yaşıllıq zolağı salınıb

Oxşar xəbərlər