Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Gəncə Dövlət Universiteti (GDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
UNEC-in rektoru, professor Ədalət Muradovla GDU-nun rektoru, professor Yusif Yusibov arasında imzalanan sənəddə universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramlarının reallaşdırılması, elmi-tədqiqat işlərinin görülməsi və elmi konfransların təşkili nəzərdə tutulur. Distant təhsil, elektron universitet modeli, informasiya texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında anti-plaqiat sahəsində təcrübə mübadiləsinin aparılması da müqavilədə öz əksini tapıb.
Danışıqların nəticəsi olaraq, qeyd edilən layihələrin reallaşdırılması məqsədi ilə mütəmadi işgüzar görüşlər keçiriləcək.
Həyata keçirilən əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetlərilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

UNEC-in Mətbuat Xidməti