Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsi yeni bir layihə həyata keçirir. Layihə “Mən BANM-in müəllimiyəm” adlanır. Beləliklə, suallarımızı BANM-in Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova cavablandırır.
- Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?
- Müəllimlik peşəsini seçməyimin birinci səbəbi mənim müəllim ailəsində böyüməyim olub. Mənim babam Məhərrəm Sultan-zadə 1957-ci ildə Azərbaycan Respublikasının “əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Sonralar bu sənəti mənim anam davam etdirmiş və şübhəsiz ki, onların sayəsində mən də müəllimlik peşəsini sevmişəm. Müəllimlik elə peşədir ki, onun əməyindən bütün cəmiyyət bəhrələnir. Ulu öndərimiz Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”
- Bir az özünüz haqqında danışın.
- Mən 1995-ci ildə BDU-nun Mexanika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2002-ci ildə “Hilbert fəzasında operator-diferensial tənliklərin həll olunması haqqında” mövzusunda namizədlik dissertasiyasını AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışam. 1995-dən 2005-ci ilədək Bakı Dovlət Universitetində çalışmışam, 2004-dən 2013-cü ilədək Xəzər Universitetində işləmişəm, eyni zamanda ölkəmizin başqa ali və orta məktəblərində riyaziyyat fənnini ingilis dilində tədris etmişəm. 2011-ci ildə mən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən pedaqoji fəaliyyətimə görə Fəxri Fərmanla təltif edilmişəm. Hazırda Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” kafedrasının dosenti vəzifəsində çalışıram. 2015-ci ildə SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayev tərəfindən mənə Fəxri Fərman verilmişdir.
- Hər bir tələbənin öz sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.
- Universitetdə oxuduğum illər ərzində mənim sevdiyim və hörmət etdiyim müəllimlərim çox olmuşdur. Ancaq riyaziyyat fənnini mənə sevdirən orta məktəb müəlliməm Zinçenko Natalya Grigoryevna olmuşdur.Hazırda ölkəmizdən uzaqda yaşamağına baxmayaraq, mən onunla əlaqəmi kəsmirəm. Bu gün bu səviyyəyə yüksəlməyimdə özümü orta və ali məktəb müəllimlərimə borclu hesab edirəm. Mən sevimli müəllimlərimi hər zaman böyük iftixar hissi ilə xatırlayıram.
- Tələbələrinizdən danışın. Onların gələcəklərini necə görürsünüz?
- Mən artıq 22 ildir ki, müəllim işləyirəm. Bu müddət ərzində çoxlu savadlı tələbələrim olmuşdur. Onlardan bəziləri mənimlə çiyin-çiyinə pedaqoji fəaliyyətlə məşğuldurlar. Bəziləri isə hal-hazırda həm bizim ölkəmizdə, həm də dünyanın müxtəlif ölkələrində çalışırlar. Əlbətdə ki, bu məni çox sevindirir.Mən hər bir savadli tələbənin gələcəyini parlaq görürəm.
- Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?
- Bizim Bakı Ali Neft Məktəbimiz bu qısa müddət ərzində ölkəmizdə böyük bir nüfuz qazanmışdır. Mən inanıram ki, gələcəkdə burada yeni ixtisaslar açılacaq, xarici ölkələrdən tələbələr təhsil alacaqlar. Bu gün BANM-nin tələbələri olan gənclərimiz 10 ildən sonra öz doğma ali məktəbində bir müəllim kimi fəaliyyət göstərəcəklər. Mən buna əminəm.
- Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Asudə vaxtım az olduğu üçün həmin vaxtı ailəmlə, övladlarımla keçirməyə çalışıram.
- Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?
- Bakı Ali Neft Məktəbinin ilk məzunu olmaq böyük bir şərəfdir. Mən bizim ilk məzunlarımıza ancaq uğurlar və işıqlı gələcək arzulayıram. Əminəm ki, BANM-nin məzunları onların harada çalışmaqlarından asılı olmayaraq təhsil aldığı tədris ocağının adını həmişə ucaldacaqlar!

BANM-nin Mətbuat Xidməti