“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında qadın əməkdaşlarının işdən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
“Artıq 2 ildən çoxdur ki, stansiyalarda qadınlarla yanaşı kişi nəzarətçilər də fəaliyyət göstərir. Xüsusilə ali təhsillilər bu işə cəlb edilib. Bu barədə iş elanlarımız da olub, təlim-tədris mərkəzimizdə kurs keçərək imtahandan sonra işə qəbul olunublar.
Ali təhsilli olmalarının səbəbi də gələcəkdə karyera yüksəlişi zamanı onların bu kriteriya ucbatından əngəllə qarşılaşmamaları üçündür. Bir daha qeyd edirəm ki, qatarların qəbul edilib yola salınması üzrə nəzarətçi qadınların heç biri ixtisara düşməyib və ya kütləvi halda təqaüdə göndərmə halı olmayıb.
Onlar öz sahələri üzrə bir pillə yuxarı vəzifəyə çəkiliblər və bundan sonra boş qalan yerlərə qadınlarla yanaşı, kişilər də işə qəbul ediliblər.
Faktı dəfələrlə bu ixtisas üzrə mətbuatda verdyimiz elanlar da sübut edir. Digər tərəfdən, təqaüd yaşına çatan insanların işdən çıxması tam qanunauyğun və normal haldır. Bunu kütləvi hal kimi qələmə verib ajiotaj yaratmağa gərək yoxdur”.
N.Paşayev bildirib ki, məlumatlarda hətta kassaların ləğv olunması prosesində xəzinədar xanımların da ixtisara düşdüyü barədə məlumatlar yayılıb: “Halbuki kassaların ləğvi zamanı xəzinədarlar başqa işə keçirilmiş, vəzifələrindən azad edilməmişdilər”.
Təhsil-press.az