İTV-də kütləvi ixtisar

İTV-də kütləvi ixtisar Azərbaycan İctimai Televiziyasında əməkdaşlar kütləvi şəkildə işdən çıxarılıb. Xüsusən, iyunun 1-dən İnformasiya Departamentinin direktoru Elgün İbrahimov, Türkiyədəki müxbirlər Rəhimə Mirzəyeva və Dilqəm Mirzəyev, Mərkəzi Asiya üzrə müxbirlər Füzuli Məcidli və Reyhan Məcidli, böyük redaktor Mais Ağayev, böyük redaktor Esmira Qasımova, müxbir Dilavər Seyidov, rus dilində verilişlərin aparıcısı Tamilla Şirinova, siyasi icmalçı Bəxtiyar Səlimov, müxbir Rauf Nəbiyev işdən azad ediliblər.

Bu barədə sosial şəbəkələrdə İTV-də kadr siyasəti ilə razılaşmayan jurnalistlərin adından yayılmış məlumatda deyilir. Məlumat müəllifləri iddia edirlər ki, işçilərin azad edilməsi haqqında qərarlar İT baş direktoru Cəmil Quliyevin ölkədə olmadığı bir vaxtda qəbul edilib. Həmçinin bəzi şəxslərin işdən azad edilməsinin qanunsuz olduğu qeyd edilir, belə ki, departament rəhbərlərini baş direktor deyil, yalnız İTV Yayım Şurası işdən azad edə bilər. Bu həftə daha 7-8 əməkdaşın işdən azad ediləcəyinin nəzərdə tutulduğu bildirilir.


Tehsil-press.az

Oxşar xəbərlər