Temperatur 26°-yə yüksələcək

Temperatur 26°-yə yüksələcək Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakiAxsam.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 8-12° isti, gündüz 18-23° isti, Bakıda gecə 9-11° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

BakiAxsam.az

Oxşar xəbərlər