Bakı Ali Neft Məktəbində (BANM) “SOCAR Polymer”də yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov, “SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktoru Fərid Cəfərov və həmin şirkətin nümayəndələri bu qurumun yay təcrübəsi proqramını elan ediblər.
E.Qasımov bu layihəni ölkəmizin gələcəyinin, iqtisadiyyatımızın, qeyri-neft sektorunun və sənayenin inkişafı kimi dəyərləndirib, Prezident İlham Əliyevin bu təşəbbüsə böyük önəm verdiyini xüsusi vurğulayıb. “SOCAR Polymer” zavodunun tikilməsi nəticəsində yeni mühəndis kadrlara tələbatın artacağını deyən rektor bununla da BANM-in tələbələri üçün daha geniş iş imkanlarının yaranacağını diqqətə çatdırıb. Qeyd edilib ki, BANM və “SOCAR Polymer” arasındakı əməkdaşlıq kimya mühəndisliyi ixtisası üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması və “ömürboyu təhsil” konsepsiyası çərçivəsində biliklərin yayılmasına böyük təkan verəcək.
F.Cəfərov rəhbərlik etdiyi qurum ilə ingilisdilli yüksək ixtisaslı mütəxəssislər hazırlayan BANM arasında əməkdaşlığın qurulmasından məmnunluğunu bildirib. Vurğulanıb ki, BANM-də yetişdirilən mühəndis kadrlar Azərbaycan sənayesinin parlaq gələcəyinə zəmin yaradır.
F.Cəfərov, həmçinin “SOCAR Polymer” şirkətində yay təcrübə layihəsi haqqında geniş məlumat verib. Qeyd olunub ki, təcrübə zamanı tələbələr komanda işi ilə tanış olaraq ən son avadanlıq və texnologiyalardan istifadə etməklə müəssisələrin yüksək ixtisaslı və təcrübəli mütəxəssisləri ilə birlikdə müxtəlif layihə və əməliyyatlar həyata keçirirlər. Tələbələr təcrübə keçdikləri müddətdə müxtəlif iş sahələrinə və obyektlərə səfərlər edir, istehsalat müəssisələrində gedən iş prosesi, yataqların işlənmə texnologiyası və neft-qaz hasilatı texnologiyası ilə tanış olurlar. Onlar müasir avadanlıqların iş prinsipi, quyuların qazılması və tamamlanması prosesi kimi, qazma məhlulları texnologiyası, keyfiyyətə nəzarət və digər istehsalat prosesləri haqqında biliklər əldə edərək təcrübə toplayırlar.
“SOCAR Polymer”in müxtəlif sahələrində çalışan əməkdaşların layihə haqqında geniş təqdimatlarından sonra tələbələrin sualları cavablandırılıb.

BANM-nin Mətbuat Xidməti