Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” üzrə ll, lll və lV kursda təhsil alan 25 tələbəsi tədris ili ərzində əldə etdikləri nəzəri biliklərinin zənginləşdirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində (“Neft Daşları” NQÇİ) tanışlıq və istehsalat təcrübəsi keçirlər.
Təcrübə proqramı çərçivəsində “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov, idarənin sosial işlər üzrə rəis müavini Zeynal Abdullayev, təcrübə proqramına rəhbərlik edən “Neft Daşları” NQÇİ-nin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Zabit Əhmədov və idarənin digər əməkdaşları tələbələrlə görüşərək onlar üçün yaradılmış təcrübə şəraitindən danışıb və onlara müvafiq təlimatlar veriblər. Həmçinin görüşdə, BANM tələbələri üçün yaradılan imkanların və verilən praktiki biliklərin onların gələcək karyeralarında olan əhəmiyyətindən bəhs edilib. Tələbələrə platformadakı quyular və təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib.
Proqramın şərtlərinə əsasən idarənin mühəndisləri tərəfindən təcrübə keçən ll kurs tələbələri üçün “Neft Daşları” NQÇİ-də gedən dəniz qazma işləri, neft yataqların təyin olunması prosesindən neftin tam istehsalat və ixrac olunmasına qədər gedən əməliyyatlarla, həmçinin neft çıxarma texnikası və müasir hasilat texnologiyası ilə əyani tanışlıq təşkil olunur. Onlara “Neft Daşları”NQÇİ-də gedən əməliyyatlar haqqında ətraflı məlumat verilir.
Eyni zamanda Ali Məktəbin yuxarı kurs tələbələri isə istehsalat təcrübələrini Azərbaycanın ən böyük platformalarından biri olan “Neft Daşları”NQÇİ-nin 1887 saylı Neft və qazçıxarma üzrə stasionar dəniz özülündə keçirlər. Proqramın şərtlərinə əsasən hər bir istehsalat təcrübəsi keçən tələbə ilə müvəqqəti əmək müqaviləsi bağlanır və o, mühəndis və yaxud operator vəzifəsinə işə qəbul olunur. Təcrübənin yekununda tələbəyə işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq əmək haqqı ödənilir. Beləliklə, “Neft Daşları” NQÇİ-də təcrübə keçən tələbə işçi kimi fəaliyyət göstərərək staj qazanmış mütəxəssisə çevrilir. Beləliklə, tələbələr mədəndəki quyulara nəzarət edərək təyin olunan mühəndis və operator vəzifələrini təcrübəli işçilərin rəhbərliyi altında yerinə yetirməyə çalışırlar.
Qeyd edək ki, təcrübə müddətində BANM tələbələri “Neft Daşları” NQÇİ-nin yataqxanasında onlar üçün ayrılmış otaqlarda qalırlar. Tələbələr 8-9 saatlıq iş vaxtından sonra və istirahət günləri asudə vaxtlarını voleybol, futbol meydançalarında və qapalı idman zallarında, stolüstü tennis, bilyard və digər oyunlar oynamaqla keçirirlər. Beləliklə, BANM tələbələri keçdikləri təcrübə proqramı çərçivəsində praktiki biliklər qazanmaqla yanaşı, həm də asudə vaxtlarını səmərəli keçirirlər. Təcrübə müddəti bitdikdən sonra tələbələr helikopterlə paytaxta çatdırılırlar.
Xatırladaq ki, BANM öz tələbələri üçün yaratdığı təcrübə imkanları onların nəzəri biliklərinin möhkəmləndirilməsinə dəstək olur və gələcəyin yüksək ixtisaslı, təcrübəli və dünya əmək bazarında rəqabət qabiliyyətli mütəxəssis kimi yetişmələrinə şərait yaradır.

BANM-nin Mətbuat Xidməti