Yaponiya hökuməti: Şimali Koreyanın buraxdığı raket 50 km qət edib

Yaponiya hökuməti: Şimali Koreyanın buraxdığı raket 50 km qət edib Şimali Koreyanın buraxdığı raket təxminən 50 km məsafə qət edərək ölkə ərazisinə düşüb.

Təhsil-press.az-ın verdiyi xəbərə görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa bəyan edib.
“Buraxılan ballistik raket təxminən 50 km məsafə qət edərək ölkə ərazisinə düşüb. Raket Pxenyan yaxınlığındakı Pukçan şəhərindən buraxılıb”, deyə Y.Suqa bildirib.
Onun sözlərinə görə, Yaponiya hökuməti Pekindəki səfirlik vasitəsilə rəsmi Pxenyana qəti etirazını bildirib. Hadisə ilə əlaqədar Yaponiya Milli Təhlükəsizlik Şurasının fövqəladə iclası keçirilib. Qeyd edək ki, bu gün Şimali Koreya ballistik raketi sınaqdan keçirib. İlkin məlumata əsasən, sınaq uğursuz olub.

Təhsil-press.az

Oxşar xəbərlər