Şimali Koreyanın növbəti raket sınağı uğursuzluqla başa çatıb.
Tehsil-press.az axar.az-a istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın "Renxap" agentliyi məlumat yayıb. Məlumata görə, Şimali Koreya hərbçiləri "Musudan" orta mənzilli raketin sınağını həyata keçiriblər. Amma raket startdan cəmi bir neçə saniyə sonra Şimali Koreyanın şərq sahillərinə düşüb.
"Böyük ehtimalla, demək olar ki, sınaq uğursuz alınıb. Cənubi Koreya və ABŞ hərbi ekspertləri hadisənin detallı qiymətləndirməsini aparırlar", - agentliyə məlumat verən mənbə bildirib. Qeyd edək ki, Şimali Koreyanın aprelin 15-də həyata keçirdiyi raket sınağı da uğursuzluqla başa çatmışdı.
tehsil-press.az