Sınaq uğursuz alındı – Raket havada partladı

Sınaq uğursuz alındı – Raket havada partladı Şimali Koreya növbəti dəfə orta mənzilli raketlərin sınağını təşkil edib.

Bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi açıqlama verib. Məlumata görə, Pxenyanın yeni roket sınağı uğursuz alınıb. “Musudan” tipli roket havaya qalxdıqdan bir neçə saniyə sonra öz-özünə partlayıb. Bildirilir ki, orta mənzilli “Musudan” roketləri Amerika Birləşmiş Ştatlarının Asiya və Sakit Okeanındakı hərbi bazalarını vura biləcək gücdədir. Mərmilərin uçuş məsafəsi 3 min kilometrdən çoxdur. Qeyd edək ki, ötən həftə Şimali Koreyanın Dəniz donanması ballistik raket sınağını gerçəkləşdirmişdi. Pxenyan sualtı qayıqdan atılan roketin, şərti hədəfi dəqiqliklə vurduğunu açıqlamışdı.

tehsil-press.az

Oxşar xəbərlər