Bakı Ali Neft Məktəbinin (BANM) BP şirkəti ilə əməkdaşlığı çərçivəsində BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinin BP şirkətinin “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsinə səfəri təşkil edilib. Tədbirin məqsədi tələbələri BP-nin layihəsi olan “Şahdəniz - 2” ərazisində tikinti və quraşdırma işləri ilə tanış olması və onların təcrübə biliklərini səviyyəsinin artırılmasıdır.
Səfər zamanı layihənin baş meneceri Alister Anderson və layihə mühəndisi Alister Mayr təqdimatla çıxış ediblər. Tələbələrə “Şahdəniz - 2” layihəsi və platformalar haqda geniş məlumat verilib və onlar sözügedən platformanın göyərtəsinin birində olublar. ATA tikinti-quraşdırma sahəsində “Şahdəniz - 2” platformasının hər iki üst modulunun tikintisi artıq, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması bu ilin ikinci yarısında planlaşdırılır.
Tələbələrə, o cümlədən, təhlükəsizlik qaydaları üzrə təlim keçirilib və 35 nəfər tələbə mühəndis müşayiəti ilə platformaların hazırlandığı sahələrlə tanış olublar.
Qeyd edək ki, BANM-nin BP şirkəti ilə əməkdaşlığın çərçivəsində Səngəçal terminalına və “ATA yard” sahəsinə bir neçə səfər təşkil olunmuşdur və sözügedən şirkətinin rəhbərləri və mütəxəssisləri Ali Məktəbində 30-dan artıq təqdimatla çıxış etdilər. 2014-cü ildən başlayaraq bu kimi tədbirlər BANM-in tədris prosesinin tərkib hissəsinə çevrilib.

BANM-nin Mətbuat Xidməti