BP-Azərbaycan şirkətinin Bakı Ali Neft Məktəbində (BANM) keçirdiyi növbəti seminar dənizdəki neft platformalarında qazma qurğusu və onlara texniki xidmət mövzusuna həsr edilmişdir. BANM-in Neft-qaz mühəndisliyi kafedrasının professoru Arif Məmmədzadə seminarı giriş sözü ilə açdı. Sonra BP-in nümayəndələri – Azərbaycan, Gürcüstan və Türkiyədə qazma qurğularında texnoloji işlər üzrə menecer Darren Rak və qazma qurğuları üzrə mühəndislər Afiq Həbibov və Əli Rəsulzadə Xəzər dənizinin Azərbaycan sektorunda BP-nin əməliyyatçısı olduğu layihələrlə bağlı qazma işlərinin bütün aspektlərini əhatə edən təqdimatla çıxış etdilər.
“Bu gün BANM-in tələbələri və gələcəyin neft-qaz sektorunun rəhbərləri və aparıcı mütəxəssisləri olacaq sizlərin qarşınızda çıxış etməyi özümə şərəf sayıram”- deyə Darren Rak öz çıxışında qeyd etdi. BP Azərbaycanın 25 illik uğurlu fəaliyyəti haqqında danışaraq o, bildirdi ki, BP-nin ən başlıca prioritetləri qabaqcıl texnologiyalardan və müasir avadanlıqlardan istifadə, bütün əməliyyatların təhlükəsiz idarə edilməsi və milli kadrların professional inkişafı olubdur.
Seminar zamanı BANM-in müəllimlərinə, eləcə də Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan 3-cü kurs tələbələrinə Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında yerləşən qazma qurğuları və sistemləri, təftiş işləri, texniki xidmət və qazma avadanlıqlarının dəyişdirilməsi, müasir qazma sistemləri üçün neft platformalarında hasilat, həmçinin qazma qurğularında kompüter təhlükəsizliyinin təminatı və nəzarət sistemləri haqqında ətraflı məlumat verildi.
Məruzənin sonunda BP-in nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

BANM-nin Mətbuat Xidməti