Karakasda etiraz aksiyalarında azı 800 nəfər xəsarət alıb

Karakasda etiraz aksiyalarında azı 800 nəfər xəsarət alıb Venesuelanın paytaxtı Karakasda 38 gün davan edən etiraz aksiyaları zamanı azı 800 nəfər xəsarət alıb.

Təhsil-press.az-ın verdiyi məlumata görə, xəsarət alanlardan 3-ü güllə yarası alıb. Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.
"Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının hesablamalarına görə, etiraz aksiyaları zamanı 1,6 min insan saxlanılıb, 30 nəfər isə həlak olub.

Təhsil-press.az

Oxşar xəbərlər