Böyük Britaniya Ali məhkəməsində ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı proses etirazlar və məhkəmə üzvlərinin ünvanına hədə-qorxu fonunda keçirilir.
Tehsil-press.az-ın verdiyi məlumata görə, ölkənin Aİ-dən çıxış prosesinin işə salınması ilə bağlı hökumətin apellyasiyası üzrə dinləmələri bu gün başlayıb.
Dinləmələr cümə axşamına qədər davam edəcək.
Ali Məhkəmə binasının önündə "Brexit" əleyhdarları məhkəmə prosesinə qarşı etiraz aksiyası keçirir. Onlar “Brexit tərəfdarları bizi aldadıb”, “Aİ – demokratiyadır, çıxış – ikiüzlülükdür” kimi şüarlar səsləndirib.
Bundan başqa məhkəmə üzvlərindən biri, həmkarlarının ölüm təhdidləri aldığını deyib. Onun sözlərinə görə, rəsmilər öz ünvanlarına, elektron poçtlarına hədə-qorxu dolu məktublar alıb.
Tehsil-press.az