“Heydər Əliyev ideyaları işığında inkişaf edən və yüksələn Azərbaycan” mövzusunda elmi-praktik konfrans

“Heydər Əliyev ideyaları işığında inkişaf edən və yüksələn Azərbaycan” mövzusunda elmi-praktik konfrans 20.04.2016.ADPU-nun Qazax filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları işığında inkişaf edən və yüksələn Azərbaycan” mövzusunda elmi-praktik konfrans keçirildi

“Heydər Əliyev ideyaları işığında inkişaf edən və yüksələn Azərbaycan” mövzusunda elmi-praktik konfransı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qazax filialının direktoru, dosent Afaq Qasımova giriş sözü ilə açdı. Direktor A.Qasımova xalqımızın milli xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin çoxşaxəli və çoxcəhətli idarəçilik və dövlətçilik fəaliyyətindən, xalqımız, millətimiz üçün göstərdiyi böyük və əvəzsiz tarixi xidmətlərdən danışdı, Ulu Öndəri dünya miqyaslı siyasi xadim, mahir və müdrik dövlət rəhbəri kimi səciyyələndirdi. Qeyd etdi ki, xalqımızın dahi oğlu Heydər Əliyevin müdrik siyasi kursunu onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Konfransda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd da nümayiş etdirildi.
Sonra ADPU-nun Qazax filialının baş müəllimi Gülnarə Hacıyeva və baş müəllim Hikmət Yusifov çıxış edərək ulu öndər Heydər Əliyevin müasir milli inkişaf strategiyamızın banisi olduğunu bildirdilər. Tələbələrdən Nicat Məmmədov rus dilində “Heydər Əliyev ümumxalq məhəbbətinin təzahürüdür”, Kübra Əhmədova isə ingilis dilində “Heydər Əliyev bəşər dünyasının tarixi şəxsiyyətidir” mövzularında maraqlı və məzmunlu çıxışlar etdilər.
Konfransda tələbə-gənclərdən Sevinc Tağıyeva və Turan Məmmədova da çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımızın tarixində misilsiz rol oynadığını, gənclərə həmişə xüsusi qayğı və diqqət göstərdiyini qeyd etdilər.

“Heydər Əliyev ideyaları işığında inkişaf edən və yüksələn Azərbaycan” mövzusunda elmi-praktik konfrans


tehsil-press.az

Oxşar xəbərlər