Ümummilli Liderin ideyaları xalqımızin parlaq gələcəyinə yol açır

Ümummilli Liderin ideyaları xalqımızin parlaq gələcəyinə yol açır Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəsna tarixi xidmətlərindən danışıb. Vurğulanıb ki, dahi rəhbər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.
M.Babanlı ulu öndər Heydər Əliyevin həm keçmiş sovetlər birliyi zamanı, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın böyük tərəqqi yolu keçdiyini diqqətə çatdırıb.
Cəmiyyətdə təhsilin mühüm rolunu xatırladan rektor Ümummilli Liderin bu sahəyə göstərdiyi xüsusi qayğıdan bəhs edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Ümummilli Liderin ideyaları xalqımızin parlaq gələcəyinə yol açır.
Tədbirdə Ulu Öndərin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edən sənədli film nümayiş etdirilib.

ADNSU-nun Mətbuat Xidməti


Ümummilli Liderin ideyaları xalqımızin parlaq gələcəyinə yol açır

Ümummilli Liderin ideyaları xalqımızin parlaq gələcəyinə yol açır

Oxşar xəbərlər