Venesuelada inflyasiya 100 faizə yaxınlaşır

Venesuelada inflyasiya 100 faizə yaxınlaşır Venesuelada inflyasiya mayın əvvəlinə 92,8% səviyyəsinə çatıb.

Təhsil-press.az xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Milli Assambleyası istehlak qiymətlərinin indeksi haqqında məruzəsində bildirib.
Bu göstərici apreldə isə 16,5% olub. Beynəlxalq Valyuta Fondu (BVF) proqnozuna görə, cari ildə Venesuelada inflyasiya göstəricisi 720 %, 2018-ci ildə isə 2068 %-ə çataçaq. Qeyd edək ki, ölkə prezidenti Nikolos Maduro mayın 1-dən minimum əmək haqqının 60 % yenidən artırılması barədə elan edib.

Təhsil-press.az

Oxşar xəbərlər