Tayvanda xəstəxanada yanğın: 4 ölü

Tayvanda xəstəxanada yanğın: 4 ölü Tayvan adasının cənubunda Pindun şəhərində qocalar üçün tibbi-reabilitasiya mərkəzində yanğın nəticəsində dörd nəfər ölüb, daha 55 nəfər xəsarət alıb.
Təhsil-press.az-ın verdiyi məlumata görə, bu haqda CNA agentliyi xəbər verir. Təcili xidmətlərin məlumatına görə, yanğın mayın 19-u səhər baş verib, dörd nəfər diri-diri öz yataqlarında yanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Xəsarət alanların əksəriyyətində dəm qazından zəhərlənmənin əlamətləri müşahidə olunur. Yanğının başvermə səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər