FHN-in Xidmət rəisinin müavini: “Maşın bazarında 930 kvadratmetr ərazi yanıb”

FHN-in Xidmət rəisinin müavini: “Maşın bazarında 930 kvadratmetr ərazi yanıb” Bakının Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində 930 kvadratmetr ərazi yanıb.

Tehsil-press.az-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib.
Onun bildirdiyinə görə, yanğın bazar ərazisindəki piştaxtalardan birindən başlanıb və tez bir zamanda böyük sahəyə yayılıb: “Hər bir dükanın arasında arakəsmə yoxdur, iş vaxtı olmadığından piştaxtalar dəmir barmaqlıqlarla bağlı olub, eyni zamanda tezliklə əraziyə çoxlu adam yığıldığına və hər kəs öz əmlakını çıxartmağa cəhd göstərdiyi üçün maneə yaranıb”.
R. Xudiyev bildirib ki, yanğın əsasən bazarın boyalar, neft məhsulları satılan hissəsində baş verib: “Bütün çətinliklərə baxmayaraq, yanğının qarşısı alınıb, bazarın 3 min kvadrat metr ərazisindən 930 kvadratmetrini əhatə edən yanğın söndürülüb. Digər ərazilər yanğından mühafizə edilib”.
O, yanğının başvermə səbəbinin ekspertlərin araşdırmasından sonra məlum olacağını da qeyd edib. Rəis müavini bildirib ki, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.


Tehsil-press.az

Oxşar xəbərlər