Azərbaycan yüksək gərginlikli kabellər ixrac dəcək

Azərbaycan yüksək gərginlikli kabellər ixrac dəcək Sumqayıt Texnologiya Parkı Avropa və Yaxın Şərq ölkələrinə yüksək gərginlikli kabellər ixrac etməyi planlaşdırır.
Sumqayıt Texnologiya Parkında hazırda 220, 330 və 500 kilovolt gərginlik üçün nəzərdə tutulmuş kabellər istehsal olunur. Yüksək gərginlikli kabellərin istehsalı üçün park ərazisində 130 metr hündürlüyündə qüllə inşa edilib.
Məlumatda o qeyd olunur ki, Azərbaycan 500 kilovolt gərginlik üçün nəzərdə tutulmuş kabel istehsal edən nadir ölkələrdən biridir.

Təhsil-press.az

Oxşar xəbərlər