DGK: Azərbaycana saxta yumurta və düyü idxal edilməyib

DGK: Azərbaycana saxta yumurta və düyü idxal edilməyib Bu il Çindən Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən Tehsil-press.az-a daxil olan məlumatda qeyd olunur. Məlumatda həmçinin qeyd olunur ki, 2016-cı ildə Azərbaycana Çin istehsalı olan cəmi 2 ton düyü idxal edilib.
Çindən Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir.

Tehsil-press.az

Oxşar xəbərlər