Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlər görülür. AMEA-nın prezidenti, akademik Akif Əlizadə həyata keçirilən yeniliklərlə tanışlıq məqsədilə Yüksək Texnologiyalar Parkında (YTP) olub.
Müasir tələblərə cavab verən məhsulların istehsal şəraitinə və hərbi təyinatlı layihələri həyata keçirmək üçün yaradılan laboratoriyalara baxış keçirilib.
Akademik A.Əlizadə tədqiqat nəticələrinin yüksək elmtutumlu texnologiyalara transferi və hərbi təyinatlı yüksək texnologiyaların işlənilməsi istiqamətində YTP-nin fəaliyyətini uğurlu nəticə kimi dəyərləndirib.

Kəmalə Rəhimli