AMEA-nın Elm və Texnologiya Parkı ləğv edildi

AMEA-nın Elm və Texnologiya Parkı ləğv edildi Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Texnologiya Parkı ləğv edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından Tehsil-press.az-a verilən məlumata görə, AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında İşlər İdarəsinin strukturunda qismən dəyişiklik edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Bildirilib ki, idarənin Elm və Texnologiya Parkında çalışan mütəxəssislərin daha səmərəli işləməsi və Akademiyanın elmi müəssisələri ilə lazımi səviyyədə iş birliyi imkanlarının yaradılması üçün struktur dəyişikliklərinin həyata keçirilməsi zərurəti yaranıb. Bu məqsədlə İşlər İdarəsinin strukturunda fəaliyyət göstərən Elm və Texnologiya Parkının ləğv edilməsi, onun ştat vahidlərinə uyğun olaraq idarənin strukturunda elmi-tədqiqat laboratoriyalarının yaradılması barədə qərar verilib.

Tehil-press.az

Oxşar xəbərlər