Şvartsenegger Trampın qərarı barədə: ABŞ iqtisadiyyatına kömək etməyəcək

Şvartsenegger Trampın qərarı barədə: ABŞ iqtisadiyyatına kömək etməyəcək ABŞ Prezidenti Donald Trampın Birləşmiş Ştatların Paris İqlim Sazişindən çıxması barədə qərarı tamamilə yanlışdır və ABŞ iqtisadiyyatına kömək etməyəcək.
Təhsil-press.az-ın məlumatına görə, bunu məşhur aktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegger deyib.
A.Şvartsenegger ətraf mühitin mühafizəsinin ABŞ iqtisadiyyatını dağıtmayacağını bildirib.
Qeyd edək ki, D.Tramp Paris Sazişinin 2025-ci ilə Birləşmiş Ştatlarda 2,7 milyon iş yerinin itirilməsinə gətirib çıxaracağını qeyd etmişdi.

Təhsil-press.az

Oxşar xəbərlər