Tramp QƏRAR verdi: ABŞ Paris sazişindən çıxdı

Tramp QƏRAR verdi: ABŞ Paris sazişindən çıxdı ABŞ prezidenti Donald Tramp iqlim üzrə Paris Sazişindən çıxmaq barədə qərarı verib. Təhsil-press.az-ın məlumatına görə, bu barədə informasiya ABŞ KİV-lərində yer alıb. Məlumatda qeyd olunur ki, sazişdən çıxışın detalları bir qrup məmur tərəfindən hazırlanır.
Qeyd edək ki, ötən həftə sonu “Böyük yeddilik” ölkələrinin liderləri iqlim məsələləri bağlı sazişdə vahid mövqeyə gəlməyə çalışsalar da, ABŞ-ın mövqeyi səbəbi ilə bunun mümkün olmayacağını bəyan ediblər.
D.Tramp isə öz növbəsində sazişlə bağlı yekun qərarını bu həftə açıqlayacağını bildirib və KİV-lərdə yayılan informasiya qərarın artıq verilməsindən xəbər verir.

Təhsil-press.az

Oxşar xəbərlər