ABŞ səfirliyi: Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir

ABŞ səfirliyi: Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir ABŞ səfiri Robert Sekutanın Azərbaycanda fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Bu barədə Tehsil-press.az-ın sorğusuna cavab olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən deyiblər.
Səfirlikdən bildiriblər ki, Birləşmiş Ştatların Prezidentini təmsil edən səfirlər ABŞ Prezidentinin təyınatı əsasında çalışırlar:
"ABŞ-ın xarici xidmətlər sahəsində üzun müddət yüksək səviyyədə çalışmış səfir Robert Sekutanın Azərbaycanda öz fəaliyyətini davam etdirəcəyi gözlənilir".
Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lərdə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın Barak Obama vaxtında təyin olunmuş səfirləri geri çağıracağı iddia olunurdu.

Tehsil-press.az

Oxşar xəbərlər