Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasının yaradılmasının 25 illiyi münasibətilə bədii-musiqili tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyev və Qədim Musiqi Alətləri Dövlət Ansamblının yaradıcısı Məcnun Kərimovun dialoqu ilə bağlı videoçarx nümayiş olunub. Sonra ansamblın yaranma tarixindən söz açılıb.
BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli qədim musiqi alətlərinin bərpasının əhəmiyyətindən danışaraq Məcnun Kərimovla bağlı xatirələrini bölüşüb.
Akademiyanın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyasının səmərəli işindən və burada aparılan tədqiqatlardan söz açıb.
Laboratoriyanın rəhbəri, professor Maya Qafarova təkmilləşdirilmiş alətlər barədə məlumat verib.
Sonda laboratoriyanın nəzdində yaradılmış Qədim Azərbaycan Musiqi Alətləri Ansamblının ifasında musiqi parçaları səsləndirilib.

BMA-nın Mətbuat Xidməti