“ADA” Universiteti və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında əməkdaşlıq çərçivəsində oktyabrın 26-da “ADA” Universitetinin Tələbə Mərkəzində İtalyan və Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert keçirilmişdir. Konsertdə İtalyan tenorları- Luici Çerubini Konservatoriyasının prorektoru, professor Leonardo De Lisi, Konservatoriyanın tələbəsi Cuzeppe Sturace, insturmental ifaçılar PyerLuici Rugiyero və Darya Neçayeva, eləcə də BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyeva çıxış etmiş, məhşur klassik bəstəkarlar, o cümlədən Paolo Tosti, Bela Bartok, Frans List, Üzeyir Hacibəyli, Qara Qarayev, Cövdət Hacıyev, Sevda İbrahimovanın əsərlərini ifa etmişdilər. “ADA”-nın musiqili qonaqları eyni zamanda BMA və Luigi Çerubini Konservatoriyası arasında ERASMUS proqramı çərçivəsində İtaliya- Azərbaycan musiqi mədəniyyəti və təhsil mübadiləsi proqramı barədə danışmış, hər iki ölkənin mədəniyyət ustalarının master-dərslərindən maraqlı məqamları bölüşmüşdülər. “ADA” Universitetinin tələbə və müəllim heyətinin ayaqüstü alqışlarına xüsusilə tenor Leonardo De Lisinin ilk dəfə ifa etdiyi Üzeyir Hacıbəylinin “Sevgili Canan” ariyası səbəb olmuşdur.
ADA-nın Mətbuat Xidməti