Prezident onlara xüsusi təqaüd ayırdı - Siyahı

Prezident onlara xüsusi təqaüd ayırdı - Siyahı Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Tehsil-press.az xəbər verir ki, sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər:

Bağırov Emil Oqtay oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Əhmədzadə Emil Kinyaz oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Eminzadə Emin Xəzər oğlu – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Hacızadə Suada Elxan qızı – Georgi Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Hüseynov Orxan İsa oğlu – Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi
Hüseynzadə Lalə Natiq qızı – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi
Məcidov Elman Aydın oğlu – Hamburq Musiqi və Teatr Ali Məktəbinin tələbəsi
Omarlı Şükür Şəfi oğlu – Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Quliyev Ağarəhim Vaqif oğlu – Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdi
Səmədli Soltan Bayram oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi.


Tehsil-press.az

Oxşar xəbərlər