İran parlamentində atışma: 7 ölü, 8 yaralı

İran parlamentində atışma: 7 ölü, 8 yaralı Tehranda İran parlamentinə silahlı hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
4 nəfərin hələ də girovluqda saxlanıldığı bildirilir.
Parlament binasının ətrafında hələ də silah səsləri eşidilir.
10:45
İran parlamentinə hücum edən şəxslər parlamentin dəftərxanasında mühasirəyə alınıblar.
Təhsil-press.az-ın məlumatına görə, onların saxlanılması üçün əməliyyat davam edir.
Hadisə nəticəsində ən azı 1 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir. Ölən şəxsin mühafizəçi olduğu deyilir.
Yerli KİV-lər parlamentə hücum edən silahlıların sayının 4 nəfər olduğunu yazır.

Təhsil-press.az

Oxşar xəbərlər