Prezident təqaüdçüsü olan bacılar Oxford və Kembric universitetlərinin magistraturasına qəbul olublar

Prezident təqaüdçüsü olan bacılar Oxford və Kembric universitetlərinin magistraturasına qəbul olublar Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin IV kurs tələbələri, Prezident təqaüdçüsü olan Həmidə və Nəzrin Sadıqova bacıları “Times Higher Education” (THE) dünya universitetləri reytinqində ilk üçlükdə yer alan Böyük Britaniyanın Oxford və Kembric universitetlərinin magistratura proqramına qəbul alıblar.

2022/2023-cü tədris ilində BDU-nun Hüquq fakültəsinə 660.9 bal ilə qəbul olunan Nəzrin Sadıqova Oxford, 660.2 bal ilə qəbul olunan Həmidə Sadıqova isə Kembric Universitetində təhsilini davam etdirmək əzmindədir. Hər iki tələbə Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb və bü günədək həmin statusu qoruyub.

Tələbələrimizi təbrik edir, gələcək təhsil həyatlarında uğurlar arzulayırıq!

Tehsil-press.az

Oxşar xəbərlər