Səudiyyə Ərəbistanında görünməmiş fəlakət: Səhra dənizə çevrildi

Səudiyyə Ərəbistanında görünməmiş fəlakət: Səhra dənizə çevrildi Səudiyyə Ərəbistanında müşahidə olunan şiddətli yağışlar ölkənin bir çox bölgəsində genişmiqyaslı daşqınlara və güclü sel axınlarına səbəb olub.

Aramsız yağıntılar nəticəsində bəzi ərazilərdə hətta süni şəlalələr formalaşıb.

Təbii fəlakət xüsusilə dağlıq və dərəlik ərazilərdə özünü daha qabarıq büruzə verib. Şiddətli su axınları nəqliyyatın hərəkətini iflic edib, infrastruktur layihələrinə və yaşayış məntəqələrinə ciddi ziyan vurub.

Mütəxəssislər əhaliyə ehtiyatlı olmağı və zərurət yaranmadıqca riskli bölgələrə yollanmamağı tövsiyə edir.

Tehsil-press.az

Oxşar xəbərlər