Karlovu kim oldürüb? - Yeni İDDİA

Karlovu kim oldürüb? - Yeni İDDİA Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov Fəthulla Gülən hərəkatının tərəfdarlarının əmri ilə öldürülüb.
Təhsil-press.az-ın məlumatına görə, bu barədə Ankara Prokurorluğunun iddianaməsində deyilir.
Prokurorluğun iddiasına əsasən, qətli törədən Mövlud Mərt Altıntaşın təşkilatın 5 üzvü ilə əlaqəsi olub.
Bundan başqa, qatilin Kiprdə otellərin birində fəthullaçılarla görüşdüyü və təlimatları aldığı iddia edilib.
Qeyd edək ki, Rusiyanın səfiri ötən ilin dekabrında Ankarada qətlə yetirilib.

Təhsil-press.az

Oxşar xəbərlər