Cənubi Koreyanın prezidenti təhlükəsizlik şurasını çağırıb

Cənubi Koreyanın prezidenti təhlükəsizlik şurasını çağırıb KXDR-in sonuncu raket sınağından sonra Cənubi Koreya prezidenti Mun Çje İn milli təhlükəsizlik şurasının təcili iclasının çağırılmasına dair göstəriş verib.
Təhsil-press.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Renhap agentliyi xəbər verir.
Məlumata görə, iclas bu gün yerli vaxtla saat 11.30-da başlayacaq. İclasda ölkənin hərbi hazırlığının müzakirə olunacağı gözlənilir.

Təhsil-press.az

Oxşar xəbərlər