Avropalıların alkoqola olan həvəsi onlar üçün xərçəngin bir neçə növünə yoluxma riskinin artması ilə nəticələnə bilər. Bu barədə United European Gastroenterology təşkilatının hesabatında deyilir.
Avropa adambaşına alkoqol qəbuluna görə liderdir: ÜST-nin məlumatına görə, orta statistik avropalı ildə 11,2 litr alkoqol qəbul edir. Amerikalılar və afrikalılarda bu göstərici müvafiq olaraq 20% və iki dəfə azdır. 15 yaşdan yuxarı hər beşinci avropalı həftədə bir dəfə sərxoş olur.
Avropalılar arasında isə bu göstəriciyə görə liderlik litvalılardadır.
Həkimlərin qənaətinə görə, avropalıların bu həvəsi onlarda mədə və bağırsaq xərçənginin inkişafı riskini artırır.
"Alkoqolun kanserogen effektləri ilk növbədə mədə-bağırsaq sisteminə təsir edirlər" — deyə Böyük Britaniyanın Qastroenteroloqlar cəmiyyətinin rəhbəri Riçard Qardner bildirir.
Təhsil-press.az