İranlı deputat: Ermənistanın tördiyi cinayətlərə qarşı İran XİN-ni qətiyyətli mövqe göstərmir

İranlı deputat: Ermənistanın tördiyi cinayətlərə qarşı İran XİN-ni qətiyyətli mövqe göstərmir İran parlamentinin Urmiyadan olan millət vəkili Ruhulla Xazretpur Ermənistan tərəfindən Dağlıq Qarabağda müsəlmanlara qarşı törədilən cinayətlərə qarşı qətiyyətli mövqe göstərmədiyinə İran XİN-nin ittiham edib.
Təhsil-press.az-ın Anadolu-ya istinadən verdiyi məlumata görə, bu haqda İran mətbuatı xəbər verir.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə ünvanladığı müvafiq məktub İran parlamentinin açıq iclasında oxunub.
Məktubda deyilir: "Bu cinayətlərə susmaq İran XİN-nin və cənab Zərifin qüsursuz reputasiyasına kölgə salır".
Millət vəkili hesab edir ki, Dağlıq Qarabağda müsəlmanlara qarşı cinayətlərə İran XİN qətiyyətli mövqe nümayiş etdirməyib.

Təhsil-press.az

Oxşar xəbərlər