İnformasiya Texnologiyaları İnstitutunda kompüter xidmətləri üzrə dünya təcrübəsi araşdırılır

İnformasiya Texnologiyaları İnstitutunda kompüter xidmətləri üzrə dünya təcrübəsi araşdırılır Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun elmi seminar keçirilib.
Tədbirdə bu elm müəssisəsinin şöbə müdiri Şakir Mehdiyevin “Kompüter sistemlərinə xidmətlər üzrə dünya təcrübəsi” mövzusunda məruzə dinlənilib.
Məruzəçi texniki xidmətin aktuallığı, strategiyaları, bu sahədə dünya təcrübəsi haqqında ətraflı məlumat verib.
Qeyd edilib ki, elm və texnikanın inkişafı digər sahələrdə olduğu kimi, öz növbəsində informasiya texnologiyaları sahəsində edilən ənənəvi texniki xidmətlərin yeni vasitələrinin yaradılmasına səbəb olub. Texniki xidmət texniki sistemlərdə təyinatlı fəaliyyətinin yerinə yetirilməsinə və saxlanılmasına yönəldilmiş xidmət sahəsidir.
Sonra Ş.Mehdiyev elektron texniki xidmətin imkanlarından danışıb. Vurğulanıb ki, dünyada tətbiq sahələrinin maliyyə itkilərinə 85 faiz istifadəçi səhvi, 12 faiz avadanlıqların imtinası, 3 faiz irimiqyaslı qəzalar və fövqəladə hadisələr səbəb olur.

Tehsil-press.az

Oxşar xəbərlər