Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi problemləri araşdırılır

Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi problemləri araşdırılır Təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi problemlərinin araşdırılması İnformasiya Texnologiyaları İnstitutunun əsas hədəflərindəndir.
Tehsil-press.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bildirib.
Son zamanlar AMEA-da elm və təhsilin inteqrasiyası ilə bağlı kompleks tədbirlərin görüldüyünü diqqətə çatdıran alim ölkəmizdə əldə olunan qabaqcıl elmi biliklərin təhsil sahəsinə ötürülməsinin, vətəndaş təhsilinin formalaşdırılmasının vacibliyini qeyd edib.
Bu gün dünya təhsil sistemində inqilabi dəyişikliklərin baş verdiyini vurğulayan R.Əliquliyev bu sahədə yeni çağırışlardan danışıb. Bildirilib ki, Azərbaycanda elektron təhsilin təşkili və distant tədrisin inkişafı həm elm, həm də təhsil müəssisələri qarşısında duran mühüm vəzifələrdəndir. Bu sahədə dünyanın aparıcı universitetlərinin təcrübəsi, əldə olunan nailiyyətlər və yeni baxışlar araşdırılmalıdır. Alim xüsusilə gənclərin bu prosesdə fəal iştirakının zəruriliyini qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər