İnformasiya Texnologiyaları İnstitutu GEANT tərəfindən əlaqələndirilən birgə layihədə iştirak edəcək

İnformasiya Texnologiyaları İnstitutu GEANT tərəfindən əlaqələndirilən birgə layihədə iştirak edəcək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Hollandiyada bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.
GEANT Baş Assambleyasının iclaslarında aparılan müzakirələrdə institutun “Horizon-2020” proqramı çərçivəsində GEANT tərəfindən əlaqələndirilən birgə layihədə iştirakı barədə qərar qəbul edilib. Həmçinin “Avropa Açıq Elm Buludu” təşəbbüsünə müvafiq olaraq hazırlanan fəaliyyət planı nəzərdən keçirilib.
“EaPConnect” layihəsinin iclaslarında isə bir il ərzində əldə edilən nəticələr haqqında Avropa Komissiyasına təqdim olunacaq hesabatın ilkin layihəsi müzakirə edilib, o cümlədən milli elm və təhsil şəbəkələrinin inkişafına dəstək üçün digər ölkələrin təcrübəsinin öyrənilməsi ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Səfər çərçivəsində, həmçinin antiplagiat sistemləri üzrə fəaliyyət göstərən “Turnitin” şirkətinin nümayəndələri ilə görüş keçirilib, bu qurumla İnformasiya Texnologiyaları İnstitutu arasında elmi və texnoloji sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

AMEA-nın Mətbuat Xidməti


İnformasiya Texnologiyaları İnstitutu GEANT tərəfindən əlaqələndirilən birgə layihədə iştirak edəcəkİnformasiya Texnologiyaları İnstitutu GEANT tərəfindən əlaqələndirilən birgə layihədə iştirak edəcək

Oxşar xəbərlər