Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası, alimlərimizin elmi fəaliyyətinin dünyada tanıdılması prosesinin əsasında elmmetrik yanaşmalar dayanır.
Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elmi şuranın növbəti iclasında səslənib.
İclasda tədqiqatçıların “Thomson Reuters” beynəlxalq elmi bazasından istifadəsi ilə bağlı görülən tədbirlər diqqətə çatdırılıb. Qeyd olunub ki, AMEA ilə bu təşkilat arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, 40-dan çox elmi-tədqiqat müəssisəsində çalışan alim və mütəxəssislər bu platformanın bibliometrik şəbəkəsindən (“Web of Science”) istifadə imkanı əldə ediblər. İnstitut əməkdaşlarına tövsiyə olunub ki, elmi sosial şəbəkələrdə fəal olsunlar, nüfuzlu elmi bazalardan istifadə etsinlər, “Web of Science”, “Google Scholar” kimi bazalarda qeydiyyatdan keçsinlər.

Kəmalə Rəhimli